Bizim üçün ən əsas onun sağlam olmasıdı - Qurbanov

Azərbaycan Premyer Liqasının 15-ci turunda evdə "İnter"ə 1:0 hesabıyla qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Qurbanov komandasının səbrli oynadığını deyib:

- Güclü komandaya qarşı oynadıq. Komandam səbrli oynadı. Bunun da nəticəsində bizə lazım olan qələbəni qazandıq. Rəqibə gələn oyunlarda uğurlar arzulayıram.

- "Anderlext"lə oyuna komanda nə dərəcədə hazırdı?
- Bu oyuna var gücümüzlə çalışırıq. Ən kiçik şansımız varsa belə, bundan maksimum istifadə edəcəyik. Bu oyunda komandaya əlavə psixoloji hazırlıq lazım olmayacaq. Futbolçular hamısı bu oyunun əhəmiyyətini dərk edir.

- Əfran İsmayılovun oyunuyla bağlı nə deyə bilərsiz? Onda sanki son zərbələr çatışmır.
- Hər bir oyunçu bizim üçün dəyərlidi. Ola bilsin, onda sizin dediyiniz keyffiyyətlər yoxdu. Ancaq o hazırda komandada ən yaxşılardandı. Bizim üçün ən əsas onun sağlam olmasıdı.

- Emil Balayevin komandaya keçidiylə bağlı nə deyə bilərsiz?
- Mən bildiyim qədər ilə o hazırda Almaniyadadı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right