“Bəxt bizdən üz döndərir”

“Niyə qələbə qazanmağı bacarmadığımızı mən də bilmirəm. Həmişə uşaqlarla bu mövzuda danışırıq. Komandada çatışmayan bir şey yoxdur, hər şey qaydasındadır. Sadəcə, bəxt bizdən üz döndərir. Elə bundan əvvəlki Latviya oyununda da çox yaxşı fürsətlərimiz oldu. Amma dediyim kimi, şans bizə gülmür”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında millimizin üzvü İsmayıl İbrahimli deyib.

“Zirə”nin yarımmüdafiəçisi Macarıstana 1:2 hesabı ilə uduzduqları yoldaşlıq oyunu barədə də fikirlərini bölüşüb: “Rəqibin gücünə bələd idik. Macarıstan olduqca yaxşı komandadır, heyətlərində ulduz futbolçular yer alır. Buna baxmayaraq, yaxşı mübarizə apardıq, sonadək döyüşdük. Meydandan ən azı heç-heçə ilə ayrıla bilərdik. Son epizodlarda yaxşı şanslarımız oldu, oyunu çevirə bilərdik. Təəssüf ki, əlimizə düşən imkanlardan istifadə edə bilmədik”.

O, komandanın baş məşqçisi haqda da danışıb: “Fernandu Santuş yaxşı məşqçidir. Özünəməxsus oyun fəlsəfəsi var. Hər zaman bizi qələbəyə kökləyir. Qarşıda bizi Dünya Çempionatının qrup mərhələsi gözləyir. Oradakı rəqiblərin gücü hamıya bəllidir. Amma biz yaxşı mübarizə aparmağa fokuslanmışıq”.

27 yaşlı yarımmüdafiəçi “Zirə”nin Konfrans Liqasına vəsiqə qazanmasına da toxunub: “Klub olaraq yaxşı mövsüm keçirdik və turnir cədvəlində ikinci yeri təmin etdik. Artıq Konfrans Liqasındayıq. Hansı komandalarla qarşılaşacağımızı öyrənmək üçün püşkatmanı gözləyirik. Ümid edirəm ki, hər şey bizim üçün daha da yaxşı olacaq. Amma hələlik istirahətə yollanırıq. Ondan sonra bütün gücümüzlə qarşıdakı oyunlara hazırlaşacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right