Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.
Newsport.az xəbər verir ki, Aqil Nəbiyevin başçılıq etdiyi millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə başa çatıb. Millimizin heyətində qolu 26-cı dəqiqədə Səttar Tahirzadə vurub.
Qeyd edək ki, millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.