"Azərbaycanın bugünkü oyununu yüksək qiymətləndirmək olmaz"

"Rəqibə hörmətlə yanaşırdıq. Futbol oynamağa, oyuna diqtə etməyə çalışdıq. İstədiklərimizi edə bildik".

Newsport.az xəbər verir ki, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi Azərbaycan yığması ilə bu gün Bakıda keçirilən yoldaşlıq matçından sonra mətbuat konfransında deyib. 

İtaliyalı mütəxəssis 2:1 hesablı qələbəni belə şərh edib: "Son 10 dəqiqə üstünlük rəqibə keçdi. İki komanda da mübarizə apardı. Azərbaycan millisindən gileylənməyə dəyməz. Favorit biz idik. Statistika, şansla bizi tərəfimizdədir. Oyunun sonlarında Azərbaycanın bəxti gətirsəydi, matç bərabərliklə bitərdi. Komandamdan razı qaldım. Yalnız son 10 dəqiqə çaşqınlıq oldu".

M.Rossi Azərbaycan millisinin qol vurduğu epizodda qayda pozuntusunun olduğunu bildirib: "Açığı, texniki zonadan görə bilmədim. Oyundan sonra baxdım. Əllə toxunuş var idi. Ancaq VAR olmadığı üçün qərar dəyişmədi".

Rossi Azərbaycan millisində Mahir Emrelini fərqləndirib: "Bu gün Mahir Emreli taktiki cəhətdən özünü yaxşı tərəfdən göstərdi. Təsadüfi deyil ki, Mahir son olaraq II Bundesliqada top qovub. Azərbaycan millisinin heyətində digər oyunçular da özlərini sübut etməyə çalışırdılar. Lakin açıq danışsaq, yığmanızın bugünkü oyununu yüksək qiymətləndirmək olmaz".

Baş məşqçi Azərbaycan millisi Bakıdakı oyunların asan olmadığını əlavə edib: "İlk oyunumuzda 3:1 hesablı qələbə qazansaq da, çətin olmuşdu. Bakıdakı oyunlar asan keçmir. Ola bilər ki, Azərbaycan millisi texniki cəhətdən geri qalsın, amma yaxşı təşkilatlanmış komandadır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right