"Qarabağ"ın qapıçısı Polşa millisinin heyətindən çıxarıldı

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa milli komandasının heyətindən kənarlaşdırılıb.
 
Newsport.az xəbər verir ki, baş məşqçi Mixail Probej 24 yaşlı qolkiperi DÇ-2026-nın Finlandiya ilə matçının heyətinə daxil etməyib. Bu barədə Polşa mətbuatı məlumat yayıb.
 
Azərbaycan çempionunun qolkiperi 23 nəfərlik heyətdən kənarda qalıb.
 
Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından “Qarabağ”da çıxış edir.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right