Azərbaycan Premyer Liqasının 15-cu turu çərçivəsində öz meydanında “Qəbələ”yə 0:1 hesabıyla uduzan “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov oyunla bağlı danışıb.
Newsport.az-ın məlumatına görə, “ağ-yaşıllar”ın baş məşqçisi matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Oyun gərgin keçdi, qələbə qazanmaq istəyirdik" - bunlar şablon sözlərdir. Lakin ümumi götürsək, meydançada olan 16 yaşlı futbolçulardan razı qaldım. Düşünürəm ki, bizim 16 yaşlı futbolçularımız Avropa Liqasının qrup mərhələsində çıxış edən futbolçulardan qat-qat yaxşı oynadılar.
Məncə, oyun ərzində iki penaltimiz verilmədi. Bəlkə də səhv edirəm, bununla bağlı baxıb qərar çıxararlar”.