Bu gün Azərbaycan millisi hazırkı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
Newsport.az.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçilik etdiyi komanda Macarıstanı qəbul edib. "Liv Bona Dea Arena"da oynanılan görüş millimizin məğlubiyyəti ilə başa çatıb - 1:2.
Azərbaycan millisi 3 gün əvvəl Latviya yığması ilə də yoldaşlıq oyunu keçirib. Bu matç 0:0 hesabı ilə yekunlaşıb.Daha əvvəl - bu ilin martında keçirilən yoxlama matçlarında isə Azərbaycan millisi Haiti (0:3) və Belarusla (0:2) görüşlərdə uduzub.
Yığmamız ümumilikdə Santuşun baş məşqçiliyi ilə 10 oyunun heç birində qalib gələ bilməyib. 8-ci dəfə uduzan milli komanda yalnız iki dəfə heç-heçəyə nail olub.
Qeyd edək ki, Macarıstanla matç Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindən əvvəl keçirəcəyi son görüş olub. Yığmamız sentyabr ayında seçmə mərhələnin D qrupunda (rəqiblər Fransa, Ukrayna və İslandiyaya) qarşı mübarizəyə başlayacaq.
10 iyun
Yoxlama oyunu
20:00. Azərbaycan - Macarıstan - 1:2
Qollar: Barnabas Varqa, 5 (0:1), Renat Dadaşov, 8 (1:1), Dominik Soboslay, 34 (1:2)
Baş hakim: Viktor Şimusik (Belarus)
"Liv Bona Dea Arena"