Monteneqronun U-21 millisinin baş məşqçisi Qoran Perişiç İstanbulda Türkiyə (1:1) və Bakıda Azərbaycan (0:0) yığmalarına qarşı keçirilən yoxlama görüşlərini dəyərləndirib.
Newsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis millimizlə qarşılaşmanı üstün keçirdiklərini düşünür.
O, heyətdə bir çox dəyişiklik etdiyini də sözlərinə əlavə edib: “Sentyabrda başlayacaq seçmə mərhələ öncəsi keyfiyyətli sınaq keçirdik. Türkiyəyə qarşı oyunda az şans qazanan futbolçulara Bakıda start heyətində yer verdik. Düşünürəm ki, biz daha üstün tərəf idik. Bir neçə imkan yaratmağımıza baxmayaraq, qol vurmaq baxımından bəxtimiz gətirmədi”.
Baş məşqçi gələcək üçün ümidverici heyətə sahib olduqlarını vurğulayıb: “İyun ayı uzun mövsümün sonuna təsadüf etdiyindən, əlverişli tarix deyil. Ancaq milli forma uğrunda mübarizə əzmi və yanaşmamız bizi sevindirir. Bu iki görüşdə futbolçular əllərindən gələni etdilər”.