"Sevindirici haldı ki, 3 xal əldə etdik”-Qriqorçuk

Azərbaycan Premyer Liqasının 15-cu turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”ı 1:0 hesabıyla məğlub edən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı danışıb.

Newsport.az-ın məlumatına görə, ukraynalı məşqçi matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Mən gözləmirdim ki, “Xəzər Lənkəran” zəif oynasın. “Xəzər Lənkəran” öz meydançasında həmişə güclü çıxış edib. Biz Lənkəranda iki oyuna çıxmışıq. Hər iki qələbəni çox güc sərf etmək hesabına qazanmışıq. Cənub komandasının heyətində çox sürətli oyunçular var. Bütün bunlara baxmayaraq, əsas məsələ qələbə qazanmaq idi, bunu da bacardıq.

Biz bir müddətdi ki, qələbə qazana bilmirdik və bu müəyyən narahatlıq yaradırdı. Sevindirici haldı ki, 3 xal əldə etdik”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right