Azərbaycan Premyer Liqasının 15-cu turu çərçivəsində səfərdə "Neftçi"ylə heç-heçə edən (1:1) "Zirə"nin baş məşqçisi Adil Şükürov oyunla bağlı danışıb.
Newsport.az-ın məlumatına görə, Şükürov matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
"Məlum faciədə həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm.
Digər tərəfdən, biz gözləyirdik ki, ağır oyun olacaq. "Neftçi"yə qarşı oynamaq həmişə çətindi. Sevinirəm ki, "Neftçi"ylə oyuna yaxşı motivasiya olduq və 1 xal qazandıq.
Qazanılan xala görə komandaya, "Zirə"dən gəlib bizi dəstəklədiklərinə görə azarkeşlərə təşəkkür edirəm".