"Sabah"ın oyunçusu "təzminat davası"nı uddu FOTO

“Sabah”ın almaniyalı legioneri Coy-Lens Mikelsin Səudiyyə Ərəbistanın "Əl Fəysali" klubuna qarşı şikayəti FIFA tərəfindən təmin edilib.

Newsport.az xəbər verir ki, bu barədə 31 yaşlı hücumçunun vəkili Elcan Həsənli məlumat verib.

Onun sözlərinə görə, "Əl Fəysali"də oynadığı vaxt Mikelsin əmək haqqı ödənilməyib. Bu səbəbdən, müqaviləsinə birtərəfli qaydada xitam verilib.

FIFA-nın qərarına əsasən, futbolçuya həm maaşı, həm də kompensasiya ödənilib:

“Nümayəndəsi və vəkili olduğum Joy Lance Mikcelsin Səudiyyə Ərəbistanın "Əl Fəysali" futbol klubuna qarşı işi üzrə FIFA-nın Mübahisələrin Həlli Palatası tərəfindən qərarı diqqətinizə çatdırıram.

Çox sevindirici haldır ki iddia tələbimiz demək olar bütünlüklə qəbul edilib. Məbləğ kifayət qədər yüksəkdir, lakin açıqlaya bilmərik”.

Coy-Lens Mikels 2023-cü ilin yayında “Sabah”dan "Əl Fəysali"yə transfer olunub. Forvard ötən yay yenidən Masazır təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb. (sportinfo.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right