21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.
Newsport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Monteneqro millisi ilə üz-üzə gəlib. Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, U-21 iyunun 4-də səfərdə Belarusdan olan həmyaşıdlarına 1:3 hesabı ilə məğlub olub.