Nə etmişik ki, rahatlaşaq? - Əsgər Abdullayev

Azərbaycan Premyer Liqasının 15-cu turu çərçivəsində öz meydanında "Zirə"ylə heç-heçə edən (1:1) "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev oyunla bağlı danışıb.

Newsport.az-ın məlumatına görə, Abdullayev matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

"Faciədə həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm.

Oyuna gəldikdə, əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Amma nəticə istədiyimiz kimi alınmadı və 1 xalla kifayətlənməli olduq. Qol buraxmayan, məğlub olmayan komanda yoxdu. Bu gün qol buraxdıq və bu bizə imkan yaradacaq ki, səhvlərimizi araşdırıb aradan qaldıraq.

Kubokda qazanılan qələbə bizi rahatlaşdıra bilməz. Nə etmişik ki, rahatlaşaq? "Neftçi" adına layiq olan yerdə deyil. Bu komanda üçün həmişə 2-ci, 3-cü yerlər faciə, 1-ci pillə isə adi hal kimi qəbul olunub".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right