Yoldaşlıq görüşü çərçivəsində iyunun 10-da, “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Macarıstan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Newsport.az xəbər verir ki, öncə millimizin baş məşqçisi Fernandu Santuş media nümayəndələrinin qarşısına çıxacaq:
9 iyun
Azərbaycan milli komandası
16:15. Mətbuat konfransı
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Macarıstan milli komandası
18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
19:45. Mətbuat konfransı
Qeyd edək ki, bütün tədbirlər oyunun keçiriləcəyi stadionda baş tutacaq.