Aqil Nəbiyev: "Mənim üçün nəticə həmişə vacib olub"

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama görüşünü keçirib.
2:0 hesabı ilə qalib gələn U-17 millimizin baş məşqçisi Aqil Nəbiyev Newsport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşına müsahibə verib.
- Aqil bəy, ilk öncə oyunla bağlı fikirlərinizi bölüşərdiniz...
- Təbii ki, qələbə xoşdur. Çətin də olsa qələbə qazandıq. Artıq neçə gündür Qəbələyə yağış yağır. Sıxıntılarımız var idi. İspaniyadan gələn 9 uşağımız bir gün əvvəl bizə qoşulublar. Burda 25 nəfərik, amma onlar gələn kimi 16 uşaqla məşq etmişik. Biz ayın 1-dən toplaşmışıq, onlar isə ayın 5-i bizə qoşuldular. Təbii ki, problemlərimiz var idi, taktika baxımında uşaqlar bizə uyğunlaşa bilmədilər. İstədiyimizi tam şəkildə ala bilmədik. Əzmkarlıq, komandanın istəyi qələbə gətirdi. İlk yarıda daha üstün, daha keyfiyyətli futbol oynadıq. İkinci hissədə yağış istər-istəməz oyunumuza topu saxlamağımıza mane oldu. Amma sonda qələbə qazandıq. Dediyim kimi nəticə önəmlidir. Çünki beynəlxalq hazırlıq oyunudur. Kimsə deyirsə beynəlxalq hazırlıq oyunlarında nəticə o qədər də önəmli deyil, ancaq mənim üçün nəticə həmişə vacib olub. Çünki mən məğlub olmağı sevmirəm. Ambisiyam var, istəyirəm ki, komanda həmişə qələbə qazansın. Bir neçə aydan sonra Avropa kvalivikasiyaya gedəcəyik. Çətin qrupa düşmüşük. Çətin qrupdayıq. Fransa, İsrail və Rumıniya milliləri ilə mübarizə aparacağıq. Rəqiblərimiz keyfiyyətlidir amma biz ora əl-qolumuzu yanımıza salmağa getməyəcəyik. Təbii ki, istətyirik komanda ilk iki yerdən birini tutsun. Çətin də olsa, inanıram ki, bunun öhdəsindən gələcəyik. Problemlərimizdən biri də toplanışla bağlıdır. Komanda martdan bəri bir yerdədir. Bu üçüncü toplanışımızdı, bundan sonra bir toplanışımız olacaq. Ondan sonra Avropa. Toplanış sayı azdır. Təbii ki, vaxt məhdudiyyəti var, uşaqları biz 2-3 aydan bir görürük. Ona görə problemimiz odur ki, uşaqlar gec-gec bizə qoşulur. Oyunun sonlarında uşaqların bir çoxunun ayaqlarında qıcolmalar oldu. Kənardan da görsənir ki, uşaqlar tam hazır deyil, istirahət istəyirlər. Amma mən düşünürəm ki, bu yaşda onlar hələ üst, peşəkar səviyyədə futbolçu deyil. Bu bizim üçün istirahətdi, əyləncədi, sevdiyimiz peşədi. Bundan sonra bir oyunumuz qalıb. Bu gün azoynayanlar, oynamayanlar hazırda məşq edir, digərləri bərpa keçir. Sabah istirahət, daha sonra ayın 8-i və 9-u məşq edib, 10-da oyunumuza keçirib, 11-i toplanışı tamamlayacağıq.
- Gürcüstan millisi ilə oyun barədə nə deyə bilərsiz, nəzərə alaq ki, Moldovadakı turnirdə onları məğlub etmişdiz.
- Gürcülər keyfiyyətli rəqibdir. Biz orada - UEFA-nın inkişaf turnirdə onları məğlub etmişdik. İnanıram ki, bu son oyunda da qələbə qazanacağıq. Çünki bizim komanda da keyfiyyətli komandadır. Mən futbolçularıma, komandama inanıram. Və heç vaxt hansısa bir ölkəni öz ölkəmdən üstün saymamışam. Həm futbol baxımından, həm siyasi baxımdan. Çünki biz qalib xalqıq, qalib xalqın nümayəndələriyik. Ona görə inanıram ki, son oyunda qələbə qazanıb xalqımızı sevindirərik. Xalqımız futbol baxımından qələbəyə acdır. Bu qələbə futbol ictimayətinə, istər valideynlər olsun, bizlər olaq həqiqətən çox sevindiricidi. İnanıram ki, son oyunda da qələbə qazanıb istirahətə yollanacağıq.
- Avropa çempionatına aparacağın heyəti məyyənləşdirmisən yoxsa hələ tam yox?
- Sözümün əvvəlində dedim ki, vaxtımız məhdud olub. Çünki biz martdan başlamışıq. Seleksiyalara belə vaxtımız olmayıb. Toplanışlarda həm də seleksiya aparırıq. 25 oyunçu dəvət etmişik. Bacardığıməz qədər çalışırıq ki, çox futboıçu görək. Yalan demiş olaram ki, bu komanda tam hazırdı yoxsa yox. Dediyim kimi, axtarışdayıq, baxırıq. Ən böyük sıxıntılarımız orta xətt oyunçuları ilə bağlıdı. Bu gün həmin mövqelərdə problemlərimiz var. Ümid edirəm ki, bu oyunlardan sonra biz yenə kimlərisə axtarıb, tapıb ortaya çıxaracağıq. Amma dediyim kimi seçimimiz məhddudur. Buna baxmayaraq biz komandamıza inanırıq və güvənirik.
Hacı Mərdan




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right