“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
Newsport.az xəbər verir ki, Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda artıq “Neftçi”nin üzvüdür. 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Fransanın Bordo şəhərində anadan olan Sessi D Almeyda eyniadlı klubun yetirməsidir. O, Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib, son mövsümü “Apollon” (Limassol, Kipr) keçirib. Futbolçu 34 matçda meydana çıxıb, 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.