AFFA azyaşlı futbolçuları vurduğu deyilən məşqçinin cəzasını təxirə saldı

AFFA azyaşlı futbolçuları vurduğu deyilən məşqçinin cəzasını təxirə saldı

 

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı azyaşlı futbolçuları vurduğuna görə cəzalanan “Şamaxı”nın məşqçisi Vüqar Süleymanov haqqında verdiyi qərarı təxirə salıb.

Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb:

“AFFA U-15 Liqasında keçirilən “Şamaxı” FK–“Metak” FK oyununda “Şamaxı” FK komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanovun meydana daxil olaraq Metak komandasının bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinə əsasən müstəsna hal kimi Vüqar Süleymanovu 1 il müddətinə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzası verilməsi barədə AFFA İntizam Komitəsinin 21 may 2025-ci il tarixli qərarından verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınsın”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right