"Qarabağ"ın müdafiəçisinin durumu bəlli oldu

Azərbaycan milli komandasının düşərgəsini tərk edən Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi zədə səbəbindən təxminən 10 gün meydana çıxa bilməyəcək.

Təcrübəli müdafiəçi kubokun final matçını da buna görə buraxmışdı.

Onun "Qarabağ"ın yeni mövsüm hazırlıqlarına qədər tam hazır olacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right