“Xəzər Lənkəran”da ciddi itkilər

Azərbaycan kubokunun  1/8 final mərhələsində Gəncənin " Kəpəz” klubunu  minimal hesabla yenərək  növbəti mərhələyə yüksələn "Xəzər Lənkəran” Lənkərandakı bazasında məşqlərini davam etdirir.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki , cənublular Premyer Liqanın XV turu çərçivəsində öz meydanında Qəbələ şəhərinin eyni adlı klubunu qonaq  edəcək və matç saat 17.00 da start götürəcək. 
 "Xəzər Lənkəran” rəqibi önünə ciddi itkilərlə çıxacaq. Belə ki, Elşən Rzazadə cəzalı, Kazım Kazımlı və İlyas Səfərzadə isə zədə səbəbindən oyunu buraxmalı olacaqlar. Bu səbəbdən məşqçilər korpusu əvəzedici heyətin və uşaq akademiyasının 6 futbolçusunu əsas heyətlə birgə məşqlərə dəvət edib.
 Sabahkı görüşdə klub akademiyasının bir neçə futbolçusunun əsas heyətdə ilk dəfə debüt edəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right