AFFA-dan Yasin Benziaya ağır cəza

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun finalında keçirilən “Qarabağ” – “Sabah” oyunu ilə bağlı qərarlarını açıqlayıb.

Newsport.az xəbər verir ki, “Qarabağ” 4, “Sabah” isə 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimələnib.

Görüşün 120-ci dəqiqəsində “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klub 1500 manat cərimələnib.

Həmin vaxt hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd edən ağdamlıların futbolçusu Yassin Benzia 5 matçlıq diskvalifikasiya olunub, klubunu 3000 manat ziyana salıb.

Görüşdə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə hər iki klub 1500 manat cəriməyə məruz qalıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right