Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha iki futbolçu ilə yenidən anlaşıb.
Bu barədə Newsport.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Slavik Alxasov və Qara Qarayev 2025-2026-ci illər mövsümünü də komandanın heyətində keçirəcək. Hər iki futbolçu ilə anlaşma 1 illikdir.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.