İsveç və Azərbaycanla yoldaşlıq görüşü keçirəcək Macarıstan millisi təlim-məşq toplanışını davam etdirir.
Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, komanda hazırlığın növbəti mərhələsi üçün Telkibə yollanıb.
Bununla bağlı Macarıstan Futbol Federasiyası sosial şəbəkədə paylaşım edib. Diqqətçəkən məqam komandanın aparıcı futbolçularından olan Dominik Soboslainin düşərgədə olmamasıdır. Yerli KİV 24 yaşlı yarımmüdafiəçinin yığmaya niyə qoşulmaması barədə müxtəlif versiyalar irəli sürüb. Ulduz futbolçunun qarşıdakı matçlarda iştirakının sual altında olduğu bildirilib.
Qeyd edək ki, Macarıstan yığması iyunun 6-da Budapeştdə İsveçlə, 10-da isə Bakıda Azərbaycanla qarşılaşacaq.