"Sabah" beynəlxalq turnirdə 6-cı oldu

Türkiyədə təşkil edilən “Rize Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.

Newsport.az xəbər verir ki, “Sabah”ın U-12 komandası növbəti oyunlarını keçirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sabah" Gürcüstanın “Dinamo” (Batumi) və Türkiyənin “Samsunspor” komandaları ilə heç-heçə edib (0:0), Türkiyənin “Fenerbahçe” (1:2) və “Gənclərbirliyi” (0:2) komandalarına məğlub olub.

Qeyd edək ki, "Sabah" daha öncə “Rizespor” (1:2), “Başakşehir” (1:0) və “Qaziantep”lə (3:1) qarşılaşmışdı. Emin Salmanovun baş məşqçisi olduğu komanda turniri 8 xalla 6-cı pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right