Abubakar “Qarabağ”a görə hamını rədd etdi

“Qarabağ” Vensan Abubakar uğrunda mübarizədə tək qalıb.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkənin klubları Kamerun millisinin hucumçusunun transferinən vaz keçiblər.

Buna səbəb kimi, 33 yaşlı forvardın “Qarabağ”la ilkin razılıq əldə etməsi göstərilib. Məlumatda qeyd olunur ki, Abubakarla Superliqanın bir neçə təmsilçisi maraqlanıb. Lakin oyunçunun ölkəni dəyişmək və avrokuboklarda çıxış edəcək klubda oynamaq qərarına gəlməsi həmin komandaları geri addım atmağa vadar edib. Onun Azərbaycan çempionu ilə münasibətləri rəsmiləşdirməyə çox yaxın olduğu vurğulanır.

Qeyd edək ki, “Hatayspor”la yollarını ayıran Vensan Abubakar hazırda azad agentdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right