Millimizin qapıçısı: "İndi bizə daha çox hörmət göstəriləcək"

Minifutbol üzrə Azərbaycan milli komandasının qapıçısı Vəli Qafarov Newsport.az saytına açıqlama verib.

O, Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığması üzərində qazanılan qələbəni (4:2) şərh edib.

"Biz evdə dünya çempionu olduq. Bu, heyrətamiz hissdir. Bakıdakı turnir mükəmməl keçdi və xoşdur ki, belə təşkilatçılıqla biz özümüzü itirmədik. Qələbələr xalqımıza yaraşır. Biz dünyanın ən yaxşı komandalarından birinə çevrilmişik. İndi bizə daha çox hörmət göstəriləcək. Bu qələbəni xalqımıza həsr edirik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right