Azərbaycan kubokunun “Qarabağ”la “Sabah” arasında final oyununu 7513 tamaşaçı izləyib.
Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici turnirin son iki mövsümü üçün yeni rekorddur. Kubokun 2023/24 və 2024/25 mövsümlərində bu qədər seyrçi qeydə alınmamışdı.
Daha çox tamaşaçının olduğu son matç 2022/23 mövsümünün finalı olub. “Neftçi” və “Qəbələ” arasında oyunu (0:1) 9000 tamaşaçı izləyib.
Qeyd edək ki, “Sabah” “Qarabağ”la matçda əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.