"Qarabağ" - "Sabah" matçı tarixə düşdü

Azərbaycan kubokunun 2024/25 mövsümünün finalında 5 qol vurulub.

Newsport.az xəbər verir ki, “Sabah”ın “Qarabağ”a əlavə vaxtda 3:2 hesabı ilə qalib gəldiyi matç turnirin tarixinə düşüb.

Bu görüş əsas və əlavə vaxtında ən çox qol vurulan final oyunu olub. 1992-ci ildən keçirilən kubokun əvvəlki həlledici qarşılaşmalarında bu qədər qol vurulmayıb. Bunadək ən məhsuldar finalda 4 qol qeydə alınıb. 2014/15 mövsümündə “Qarabağ” “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, ümumilikdə 31 finalda 62 qol vurulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right