AFFA prezidenti: "Final oyununda komandamız çempiona layiq çıxış etdi"

AFFA prezidenti Rövşən Nəcəf minifutbol üzrə Azərbaycan milli komandasını Bakıda təşkil olunan dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rövşən Nəcəf komandamızın turnirdə parlaq çıxış etdiyini və final oyununda yüksək performansla azarkeşləri sevindirdiyini bildirib:

“Macarıstan yığması ilə final oyununda komandamız çempiona layiq çıxış etdi. Bu mötəbər yarışın qalibi olması münasibətilə milli komandamızı ürəkdən təbrik edirəm”.

Qeyd edək ki, finalda Macarıstan yığması üzərində 4:2 hesablı qələbə qazanan minifutbol millimiz dünya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right