Ölkə kubokunun 18 final mərhələsində "Zirə" ilə matçda fərqlənənən ancaq, komandası məğlub olaraq çıxışını dayandıran AZAL-ın yarımmüdafiəçisi Aleksandr Quruli Newsport.az-a açıqlama verib. Gürcü oyunçu matç haqda düşünücələrini saytımızla bölüşüb: "Təbii ki, qələbə üçün çıxmışdıq oyuna. Qalib də gələ bilərdik. Bu cür oyunda uduzmağımız mənə çox pis təsir etdi.
Çünki yaxşı oynadıq və qol epizodları yaratdıq. Sadəcə epizodlardan yararlana bilmədik. Emin Cəfərquliyevin meydandan qovulması və meydanda 10 nəfərlə qalmağımıza rəğmən də biz yenə hücumlar etdik, qol epizodları yaratdıq. Çox təəssüf ki, oyun bu cür başa çatdı. "Zira" yaxşı komandadı, ancaq biz də məğlubiyyətə layiq deyildik. Baş məşqçimizin də dediyi kimi, biz öz səhvlərimizdən uduzduq".
"Hakimlərə gəlincə, mən hər zaman onlar tərəfdəyəm. Çünki dünyada elə bir insan yoxdu ki, səhv etməsin. Sadəcə bir söz deyim ki, nədənsə hakimlər AZAL-ın oyununda əlehimizə çoxlu səhvlər edirlər. AMma yenə də mən onlara hörmətlə yanaşıram"- deyə, Quruli fikirlərini yekunlaşdırıb.