Azərbaycan Kubokunun finalında "Sabah" "Qarabağ"ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək çempion adını qazanıb.
Newsport.az xəbər verir ki, oyundan sonra "Sabah"ın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb:
- Çox maraqlı oyun alındı. Hər iki tərəf fərqləndi, penaltilər oldu. Oyunçularımız əllərindən gələni etdi. Onların əməyidir. "Sabah"ı tarixindəki ilk kubok münasibətilə təbrik edirəm.
- Kuboku qazanmaq postunuzda qalmağınızın təminatıdır?
- Gələcəklə bağlı nəsə deyə bilmərəm. Gözləyək, görək.
- Özünüz qalmaq istəyirsiz?
- Eşidəcəksiz. Bunların hamısını mən və klub rəhbərliyi ilə müzakirədən sonra biləcəyik.
- Siz gəldikdən sonra "Sabah" "Qarabağ"a uduzmur. Kuboku qazanmağınız da göstərdi ki, əbəs yerə deyilmiş. Hansı reseptdir ki, "Qarabağ"a uduzmursuz?
- "Qarabağ" Azərbaycanda dominantlıq edən klubdur. Hansısa qlobal resept yoxdur. Bu sadəcə uşaqların əməyidir. Hansısa sirr deyil.