“Zirə” və “Araz-Naxçıvan”ın Konfrans Liqasının ikinci təsnifat mərhələsində daha 4 potensial rəqibi bəlli olub.
Newsport.az xəbər verir ki, hər iki təmsilçimiz püşkatmada səpələnmişlər arasında yer alacaq. Əvvəllər məlum olan potensial rəqiblərə aşağıdakı klublar əlavə olunub: “Şarlerua” (Belçika), “Brondbü” (Danimarka), “Puşkaş Akademiyası” (Macarıstan) və “Universitatya” (Krayova, Rumıniya).
Beləliklə, 44 mümkün rəqibdən hazırda 26-sı bəllidir: AZ (Hollandiya), “Sparta” (Praqa, Çexiya), “Başakşehir” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Yagelloniya” (Polşa), “Santa-Klara” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Hayduk”(Xorvatiya), “Riqa” (Latviya), Maribor (Sloveniya), AEK (Yunanıstan), “Balkani” (Kosovo), DAK 1904 (Slovakiya), “Rakov” (Polşa), “Rosenborq” (Norveç), “Vikinq” (Norveç), “Aris” (Yunanıstan), “Austriya” (Avstriya), “Vaduts”(Lixtenşteyn) və “Dandi” (Şotlandiya)
İkinci turun püşkatma mərasimi iyunun 18-də keçiriləcək.
Onu da qeyd edək ki, “Zirə” yeni mövsümə Konfrans Liqasında deyil, Avropa Liqasının I təsnifat mərhələsində başlaya bilər. Beləliklə, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Qarabağ”ın ölkə kubokunu qazanması ilə yoluna Avropa Liqasında davam edəcək.