Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında sonuncu oyununu keçirib.
Newsport.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Litva yığmasını qəbul edib. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edib. Matç yığmamızın 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bununla millimiz qrup mərhələsini 5 xalla yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrupda Monteneqro ilə 2 dəfə heç heçə edib (0:0, 1:1), 1 dəfə isə Litvaya qalib gəlib (2:0).
30 may
18:00. Azərbaycan (Qadınlar) – Litva (Qadınlar) - 0:5
Hakimlər: Sapir Gaya Berman, May Moalem, Nofar Chava Skorka, Shada Dahamshi (İsrail)
Bayıl stadionu
Xallar: Monteneqro - 5 (3 oyun), Azərbaycan - 5 (4 oyun), Litva - 3 (3 oyun).