Azərbaycan millisinin kapitanı: "Litva ilə oyunda yeganə gözləntimiz qələbədir"

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Litva ilə oyunda yeganə gözləntisi qələbədir.

Newsport.az-ın məlumatına görə, bunu komandanın kapitanı Sevinc Cəfərzadə AFFA-nın mətbuat xidmətinə müsahibəsində deyib.

O, B Liqasına yalnız qalibiyyət sayəsində yüksələ biləcəklərini söyləyib:

"Meydanda əlimizdən gələni edəcəyik ki, 3 xalı qazana bilək. İlk növbədə qələbəni təmin etməliyik. Daha sonra top fərqini artırmaq üçün mübarizə aparmaq lazımdır ki, mövqeyimizi yaxşılaşdıraq. Düşünmürəm ki, bu, komandaya əlavə təzyiq yaradacaq. Bizim əsas işimiz meydanda sona qədər mübarizə aparmaq və istədiyimiz nəticəyə nail olmaqdır. Amma bunun asan olmayacağını yaxşı bilirik. Buna görə də oyuna maksimum səviyyədə hazırlaşırıq".

S.Cəfərzadə UEFA Millətlər Liqasında çıxışlarını yaxşı qiymətləndirdiyini diqqətə çatdırıb:

"Komandamız bəzi oyunlarda əsas futbolçular olmadan mübarizə aparmalı olsa da, uğurlu nəticələr əldə etdiyimizi düşünürəm. Ancaq işimiz hələ bitməyib, davam etməliyik. Qarşıdakı matçın nə qədər vacib olduğunu hər birimiz yaxşı anlayırıq".

Futbolçu kapitan kimi komandaya motivasiya verdiyini də vurğulayıb:

"Bəzən motivasiyanı yalnız paltardəyişmə otağına saxlamıram. Elə hallar olur ki, onları məşqlərdə və ya oyundan əvvəl toplantılarda etməyə çalışıram ki, oyunçularımız maksimum hazır və motivasiyalı olsunlar. Paltardəyişmə otağında da müəyyən söhbətlərimiz olur. Hər görüşün nə qədər önəmli olduğunu komanda olaraq bilirik, ancaq bunu bir daha hər kəsin diqqətinə çatdırıram. Bütün komanda yoldaşlarıma güvənirəm. Hamımızın məqsədi ölkəmizi layiqincə təmsil etməkdir".

Qeyd edək ki, Azərbaycan - Latviya oyunu bu gün, saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right