Azərbaycan millisinin qapıçısı Litva ilə matçdan öncə şansları dəyərləndirib

Azərbaycanın qadınlardan ibarət millisinin qapıçısı Nərgiz Əliyeva bu gün UEFA Millətlər Liqasında Litvaya qarşı keçirəcəkləri matçdan öncə şansları dəyərləndirib.

Newsport.az xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında qələbəyə kökləndiklərini bildirib.

Türkiyənin “Fatih Vətən” klubunda legioner həyatı yaşayan qapıçı yeganə düşüncələrinin 3 xal qazanmaq olduğunu bildirib:

“Litva ilə matçda yalnız qələbə qazanmaq barədə düşünürük. Komanda olaraq, sadəcə, buna köklənmişik. Yeganə düşüncəmiz 3 xal qazanmaqdır. Qrupda sonuncu oyunumuzu keçirəcəyik. Əvvəlki qarşılaşmalarda olduğu kimi, bu matça da yüksək motivasiya ilə hazırlaşırıq. Fikrimcə, psixoloji cəhətdən heç bir mənfi təsiri yoxdur".

N.Əliyeva özünü matça tam hazır hiss etdiyini vurğulayıb:

"Əlbəttə ki, qol buraxmamaq vacibdir. Amma bu, futboldur, bəzən qol vurursan, bəzən buraxırsan. O ki qaldı mənə, özümü tam hazır hiss edirəm".

Qeyd edək ki, qarşılaşma Bayıl stadionunda, saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right