"Sabah"ı Azərbaycan Kubokunun finalında böyük oyun gözləyir.
Newsport.az-ın məlumatına görə, bunu "Sabah"ın futbolçusu Pavol Şafranko mətbuat konfransında deyib.
O, "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Hər iki kollektiv üçün vacib matçdır. Titula sahib çıxmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün söz verirəm".
Şafranko Azərbaycan Kubokunun qalibi olmaq istədiyini sözlərinə əlavə edib:
"Hər titul önəmlidir. Azərbaycan Kubokunu qazandığım digər titullardan üstün tutmuram".
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.