Vasili Berezutski: "Azərbaycan Kubokunun final matçı maraqlı olacaq"

Azərbaycan Kubokunun final matçı maraqlı olacaq.

Newsport.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Sabah" ilk dəfə finala vəsiqə qazanıb. Ya məğlub olmalısan, ya da qalib gəlməlisən. Bizi gərgin qarşılaşma gözləyir".

Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right