Bəhlul Mustafazadə final oyunu haqda

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan kubokunun finalında "Sabah"a qarşı keçirəcəkləri oyun haqqında danışıb.

Newsport.az xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında qələbə qazanaraq titulların sayını artırmaq istədiklərini deyib:

"Bayram münasibətilə hamını təbrik edirəm. Bizə qarşı çox yaxşı təşkilatlanmış "Sabah" görəcəyik. Onlar üçün Avropa Liqasına getmək və ilk titul baxımından vacib oyundur. Biz də titullarımızın sayını artırmaq istəyirik. Fikirləşirəm ki, çox yaxşı final görüşünə çıxacağıq".

Qeyd edək ki, mayın 31-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Qarabağ" - "Sabah" matçı saat 19:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right