Braziliyalı "Neftçi"dən ayrıldığını təsdiqlədi: "İstirahətdən sonra düşünəcəm"

Bir müddət əvvəl vətəninə qayıdan braziliyalı müdafiəçi Yuri Matias "Neftçi" ilə yollarını ayırdığını rəsmən təsdiqləyib. 

Newsport.az xəbər verir ki, “Uirapuru Jaguaribana”ya açıqlama verən Matias bunları bildirib:

"Bəli, Portuqaliya, İran, Rumıniya və Azərbaycan karyeramdan sonra Braziliyaya qayıtmışam. İndi ailəmlə qısamüddətli istirahətə çıxacam. Yalnız bundan sonra gələcək haqqında düşünəcəm".

Xatırladaq ki, 30 yaşlı stoper 2022/2023 mövsümünün əvvəlindən “Neftçi”nin formasını geyinir və müqavilə müddəti gələn ayın sonunda başa çatır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right