Berezutskini ukraynalı məşqçi əvəz edə bilər

“Sabah” növbəti dəfə baş məşqçisini dəyişə bilər.

Newsport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Bakı klubu hazırkı çalışdırıcısı Vasili Berezutskidən məmnun deyil. Bu səbəbdən onunla yolların ayrılması klub daxilində müzakirə olunur.

Xəbərdə paytaxt təmsilçisinin yeni baş məşqçisini müəyyənləşdirdiyi də yazılıb. İddiaya görə, “Sabah”ı yeni mövsümdən ukraynalı Ruslan Rotan çalışdıra bilər. Ölkəsində “Aleksandriya”ya rəhbərlik edən 43 yaşlı mütəxəssis bununla bağlı Bakıya dəvət edilib.

Qeyd edək ki, “Sabah” Azərbaycan Premyer Liqasında mövsümü 5-ci pillədə başa vurub. Komanda mayın 31-də Azərbaycan kubokunun finalında “Qarabağ”la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right