Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun taleyinə aydınlıq gəlib.
Newsport.az xəbər verir ki, 33 yaşlı hücumçu hazırkı komandası “Dinamo”da qalıb.
Dadaşov Regionalliqa təmsilçisi olan Berlin klubu ilə başa çatmaqda olan müqavilə müddətini daha 2 il uzadıb. 2023-cü ildə “Şalke”dən keçdiyi “Dinamo”da 58 oyunda 28 qol vuran bombardir baş məşqçinin tələbi ilə komandada saxlanılıb.
Klub rəhbərliyi komanda daxilində liderlik funksiyasını yerinə yetirən Rüfətdən qarşıdakı iki ildə də eyni performansı gözlədiyini bəyan edib: “Sevinirik ki, Rüfət “Dinamo”ya sadiq qalır və qarşıdakı illərdə gənc komandanın inkişafında mühüm dayaqlardan biri olacaq”.
Qeyd edək ki, Rüfət Dadaşov 2013-2019-cu illərdə Azərbaycan millisinin heyətində 24 oyunda 5 qol vurub.