Qriqorçuk Azərbaycana qayıdır?

“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun işsiz günləri qısa çəkəcək.

Newsport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis iki ölkədən təklif alıb.

Bugünlərdə LNZ-dən istefaya göndərilən Qriqorçukun yenidən Ukrayna və Azərbaycandan təklif aldığı iddia olunub. Onunla maraqlanan Azərbaycan təmsilçisinin adı açıqlanmasa da, Qriqorçukun ölkəsində “Rux”un sükanı arxasına keçmək ehtimalı daha real görünür. Çünki baş məşqçisi Vitali Ponomaryovla yollarını ayıran Lvov komandasının boş qalan postuna ən real namizədi məhz Qriqorçukdur.

Qeyd edək ki, Roman Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni, 2024-cü ildə isə “Neftçi”ni çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right