"Qəbələ" Futbol Akademiyası rəhbəri Yaponiya klubuna gedir

"Qəbələ"nin Futbol Akademiyasının rəhbəri Stenli Brard klubla yeni müqavilə imzalamayacaq.

Newsport.az-ın məlumatına görə, hollandiyalı mütəxəssis Yaponiyanın "Naqoya Qrampus" klubundan təklif alıb.

Sözügedən klub onu idman direktoru vəzifəsinə dəvət edir. Brard bu klubda 2016-cı ilin əvvəlindən işləməyə başlayacaq. Çünki onun "Qəbələ" ilə 2,5 illik müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq.

Brardın gedəcəyini "Qəbələ"nin idman direktoru Toni Adams da təsdiqləyib: "O, "Qəbələ"də böyük iş görüb. Biz istəyərdik ki, o bizdə də 10 ilə yaxın qalsın. Çünki Stenli bu işin ən yaxşı mütəxəssisidir". (Telegraaf)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right