Baş məşqçi Elmar Baxşıyevlə anlaşan “Araz-Naxçıvan” 2 futbolçu ilə yeni müqavilə imzalayıb.
Newsport.az xəbər verir ki, Kristian Avram və İssuf Paro növbəti mövsümdə də Naxçıvan təmsilçisinin formasını geyinəcəklər.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qolkiperlə 1, müdafiəçi ilə 1+1 il müddətinə anlaşma əldə olunub.
Qeyd edək ki, hazırda Moldova millisinin düşərgəsində olan Avram 2023-cü, Paro isə 2024-cü ildən “qırmızı-ağlar”ın heyətində yer alıb.