Millimizin baş məşqçisi: " Əgər kubok qazanmaq istəyiriksə..."

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsində millimiz Rumıniya seçməsi ilə  1:1 hesablı heç-heçə edib. Penaltilər seriyasında daha dəqiq olan Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv 1/4 finala yüksəlib.

Newsport.az xəbər verir ki, 1/4 finalda  İngiltərə ilə qarşılaşacaq millimizin baş məşqçisi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk növbədə bütün xalqımızı təbrik edirəm. Çox sağolsunlar. Bizə böyük dəstək oldular. Sizin də gördüyünüz kimi çətin oyun oldu. İnanıram ki, bundan sonrakı oyunlar da asan olmayacaq. Əgər kubok qazanmaq istəyiriksə, bu oyunları mütləq udmalıyıq.

- Rumıniya ilə oyunu erkən final da adlandırırdılar. Bu oyunu udmaq sizə əlavə mətivasiya verəcək?

- Rumıniya millisi çox yaxşı komandadır. Onları udmaq həmişə bizə çətin olsa da, əlavə motivasiya verib. Bilirsinizki, avropa çempionu da olanda da rumınları udmuşduq. Növbəti matçda İngiltərə ilə qarşılacağıq. İnanıram ki, bu matç bizim üçün daha çətin olacaq. Biz artıq, bu matçı unudub növbəti oyuna hazırlaşmalıyıq. 

- İngiltərə 1/8 finalda Bolqarıstan millisini penaltilər seriyasında keçərək millimizin rəqibi oldu. Bu matçda rəqibinizi izləmək şansızın oldu?

- Hələ ki, izləyə bilməmişəm. Yəqin ki, bu gecə o matçı izləyəcəyəm. 

- Qapıçı Ağaseyid Qasımov bu gün çıxışlarda çox zəif təsir bağışladı. Ümumilikdə zəif təsir bağışladı...

- Xeyir. Deməzdim ki, zəif çıxış etdi. Fikirləşmək lazımdır ki, hansı rəqibə qarşı oynayırsan. Belə təzyiq qarşısında oynamaq asan deyil. Düzdür, Ağaseyid bundan öncəki matçda çox yaxşı çıxış etmişdi. Digər qapıçımız Vəli də yaxşı qapıçıdır. Güc elə bölünməldir ki, hər ikisi də millimizə xeyir verə bilsin. 

- Mirkamil Əliyevə az şans verdiyinizi düşünürsüzmü?

- Mirkamil yaxşı oyunçularımızdan biridir. qarşıdakı oyunlarda ona daha çox ehtiyac olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right