Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin oyunları baş tutub.
Newsport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandası Rumıniya seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv 1/4 finala yüksəlib. Yığmamız bu raundda İngiltərə ilə qarşılaşacaq.