Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu bəlli olub.
Newsport.az-ın məlumatına görə, 26 yaşlı hücumçu Niderland təmsilçisi "Volendam"a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu mövsüm elitaya vəsiqə qazanan "Volendam" milli üzvü ilə "1+1 illik" müqavilə bağlayıb.
Qeyd edək ki, Ozan Can Kökçü daha əvvəl Finlandiyada HİK komandasının formasını geyinib.