"Araz-Naxçıvan" Türkiyədə 4 oyun keçirəcək

“Araz-Naxçıvan”ın  2025-2026-cı illər mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək.

Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşdırılacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yola düşəcək. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu keçirmək planlaşdırılıb. Sparrinq-rəqiblər və tarixlər barədə əlavə məlumat veriləcəyi bildirilib.

Xartırladaq ki, Premyer Liqada mövsümü 3-cü pillədə tamamlayan "Araz-Naxçıvan" Azərbaycanı Konfrans Liqasında təmsil edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right