AFFA İntizam Komitəsinin iclası keçirilib.
Newsport.az xəbər verir ki, iclasda Birinci Liqanın 27-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Mingəçevir” – “Karvan” oyununda “Mingəçevir” klubunun 7 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” klubu 70 manat cərimə edilib.
“Mingəçevir” – “Karvan” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Mingəçevir” klubu 80 manat cərimə edilib.
“Mingəçevir” – “Karvan” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilib.
“Mingəçevir” – “Karvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Mingəçevir” klubu 80 manat cərimə edilib.
“Mingəçevir” – “Karvan” oyununda “Mingəçevir” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
“Mingəçevir” – “Karvan” oyununda “Karvan” klubunda 6 nəfər sarı vərəqə aldığı üçün “Karvan” klubu 70 manat cərimə edilib.
“Mingəçevir” – “Karvan” oyununun 19-cu dəqiqəsində “Karvan” klubunun 77 nömrəli futbolçusu Müşfiq Teymurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Karvan” klubu 50 manat cərimə edilib.
“Difai” – “İmişli” oyununun 90+4-cü dəqiqəsində “İmişli” klubunun 4 nömrəli futbolçusu Gilyerme Silva rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “İmişli” klubu 100 manat cərimə edilib.