"Neftçi" klubunun futbolçusu dörd oyunluq cəza alıb

AFFA İntizam Komitəsi Əvəzedicilər liqasənda çıxış edən "Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanskini dörd oyunluq cəzalandırıb.

Newsport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna hücumçunun XXXVI turda "Sabah-2" ilə matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

"Ağ-qaralar"a 300 manat cərimə kəsilib.

"Sabah-2"nin analitiki Cəbrayıl Qəmbərov da dörd oyunluq cəza ilə üzləşib. O, matç zamanı meydana kənar əşya atdığı üçün birbaşa qırmızı vərəqə almışdı. Klub onun hərəkəti ucbatından 350 manat ödəməli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right