Boqomolskinin vidası dəqiqdir

Yay fasiləsində heyətində ciddi islahatlar aparacaq “Neftçi”ni tərk edəcək futbolçulardan biri məlumdur.

Newsport.az Belarus mətbuatına istinadən xəbər verir ki, hücumçu Yeqor Boqomolski növbəti mövsümü “ağ-qaralar”da keçirməyəcək.

Uğursuz mövsüm keçirən paytaxt klubunda əsas heyətdə heç cür özünə yer edə bilməyən 24 yaşlı forvard artıq baş məşqçi Samir Abasova lazım deyil. Bu səbəbdən onunla iyunun 30-da başa çatacaq müqavilənin yenilənməməsi qərara alınıb. Boqomolski komandanı azad agent kimi tərk edəcək.

Qeyd edək ki, Yeqor Boqomolski 2022-ci ilin yayından “Neftçi”nin formasını geyinir. Hətta onun son bir neçə turu gözləmədən, klub rəhbərliyndən razılıq alaraq vətəninə getdiyi deyilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right